Ukraynada helikopter qəzası ilə bağlı xüsusi işçi qrup yaradılıb

Ukraynada helikopter qəzası ilə bağlı xüsusi işçi qrup yaradılıb Ukraynanın Baş naziri Denis Şmıqal Brovarıdakı qəzanın araşdırılması üçün xüsusi işçi qrupun yaradılması barədə tapşırıq verib.
Region
18 Yanvar , 2023 13:42
Ukraynada helikopter qəzası ilə bağlı xüsusi işçi qrup yaradılıb

Ukraynanın Baş naziri Denis Şmıqal Brovarıdakı qəzanın araşdırılması üçün xüsusi işçi qrupun yaradılması barədə tapşırıq verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Eyni zamanda, hadisə şahidlərindən dərhal polisə müraciət etmələri də xahiş olunub.

Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi