Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılır

Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılır Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin uzadılması haqqında qanun layihəsini təqdim edib.
Region
19 Aprel , 2022 16:08
Ukraynada hərbi vəziyyət rejiminin müddəti uzadılır
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərib.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı.

Son xəbərlər

Orphus sistemi