Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanla hərbi vəziyyət mayın 25-dən 90 gün uzadılır. Qərar Ali Rada tərəfindən təsdiq olunmalıdır.