Ukraynada Medvedçuk və Kozakın qohumlarının əmlaklarına həbs qoyulub

Ukraynada Medvedçuk və Kozakın qohumlarının əmlaklarına həbs qoyulub Ukraynada məhkəmə xalq deputatları Viktor Medvedçuk və Taras Kozakın qohumlarının daşınar və daşınmaz əmlaklarına həbs qoyub.
Region
11 May , 2022 17:00
Ukraynada Medvedçuk və Kozakın qohumlarının əmlaklarına həbs qoyulub

Ukraynada məhkəmə xalq deputatları Viktor Medvedçuk və Taras Kozakın qohumlarının daşınar və daşınmaz əmlaklarına həbs qoyub.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

Məlumata görə, Lvovun Lıçakov Rayon Məhkəməsi DTB müstəntiqlərinin Müxalifət Platforması – Həyat Üçün (OPZJ) Partiyasından olan deputatların qohumlarının müəssisələrinə məxsus daşınar və daşınmaz əmlaka həbs qoyulması barədə vəsatətini təmin edib. “Bu altı müəssisənin nizamnamə kapitalının həcmi 80 milyon qrivendən çoxdur”, - DTB-nin bəyanatında deyilir.

Qeyd edək ki, Medvedçuk və Kozakın qohumları vəzifə səlahiyyətlərindən sui-istifadə, yerin təkinin mühafizəsi və ya istifadəsi qaydalarının pozulması və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması üzrə cinayət işində şübhəli bilinən subyektlərdir.

Son xəbərlər

Orphus sistemi