Ukraynada Rusiya və Belarusun 1,2 milyard dollarlıq aktivlərinə həbs qoyulub

Ukraynada Rusiya və Belarusun 1,2 milyard dollarlıq aktivlərinə həbs qoyulub Ukraynada Belarus və Rusiyanın ümumi 44 milyard qrivna (təxminən 1,2 milyard dollar) dəyərində aktivlərinə həbs qoyulub.
Region
4 Oktyabr , 2022 17:10
Ukraynada Rusiya və Belarusun 1,2 milyard dollarlıq aktivlərinə həbs qoyulub

Ukraynada Belarus və Rusiyanın ümumi 44 milyard qrivna (təxminən, 1,2 milyard dollar) dəyərində aktivlərinə həbs qoyulub.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosunun hesabatında deyilir.

Məlumata görə, ən mühüm müsadirə olunan aktivlər sırasında təxminən 500 milyon dollar dəyərində vaqonlar və vaqonlardakı inventar, maliyyə institutlarının, təxminən, 350 milyon dollar dəyərində aktivləri, yanacaqdoldurma məntəqələrinin, təqribən, 54 milyon dollar dəyərində aktivləri, həmçinin 35 milyon dollar dəyərində qiymətləndirilən bir neçə ticarət mərkəzi var.

Son xəbərlər

Orphus sistemi