Ukraynalılar ölkənin Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünə müsbət yanaşır.
“Report” xəbər verir ki, bu, Kiyev Sosiologiya Beynəlxalq İnstitutunun keçirdiyi sorğuya əsasən məlum olub.
Respondentlərin 81%-i ölkədə referendum keçirilərsə, Aİ-yə qəbul olmağın “lehinə” səs verəcəklərini bildiriblər. 4% respondent bunun əleyhinə çıxış edib, qalan 15% səs verməyib.
Ukraynanın NATO-ya üzvlüyünə dəstək isə nisbətən daha azdır. Belə ki, respondentlərin 71%-i ölkənin NATO-ya üzvlüyünün “lehinə”, 7%-i “əleyhinə” səs verib. Sorğuda iştirak edənlərin 22%-i səs verməkdən imtina edib.