Ukraynanın Baş naziri: “Yaxın iki il ərzində Aİ-yə daxil olacağımıza ümid edirik”

Ukraynanın Baş naziri: “Yaxın iki il ərzində Aİ-yə daxil olacağımıza ümid edirik” “Ukrayna yaxın iki il ərzində Avropa İttifaqına (Aİ) daxil olmağa ümid edir”.
Region
30 Yanvar , 2023 11:16
Ukraynanın Baş naziri: “Yaxın iki il ərzində Aİ-yə daxil olacağımıza ümid edirik”

“Ukrayna yaxın iki il ərzində Avropa İttifaqına (Aİ) daxil olmağa ümid edir”.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzetinə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"Bizim qarşıdakı iki il ərzində Avropa İttifaqına daxil olmaqla bağlı çox iddialı planımız var. Ona görə də ümid edirik ki, artıq bu il, 2023-cü ildə ilkin danışıqlar keçirilə bilər", - o deyib.

Qəzet yazır ki, fevralın 3-də keçiriləcək Aİ-Ukrayna sammitində əsas müzakirə mövzularından biri də Ukraynanın Avropa İttifaqına üzvlük mövzusu olacaq. Ukraynanın Baş naziri sammit zamanı rəsmi Kiyevin sənaye malları üçün vizasız rejimin tətbiqi, gömrük rüsumlarının bir il müddətinə dayandırılması və Ukraynanın Aİ-nin mobil rouminq zonasına daxil edilməsi kimi məsələlərdə “əhəmiyyətli irəliləyiş”ə nail ola biləcəyinə ümidvar olduğunu bildirib.

"Politico" qeyd edir ki, Kiyevin Aİ-yə qoşulmaq planı problemlidir, çünki Aİ-də heç kim bunu real hesab etmir.

Son xəbərlər

Orphus sistemi