Ukrayna parlamentində “Müxalif platforma - Həyat uğrunda” partiyası qrupunun üzvü Viktor Medvedçukun xadiməsindən axtarış zamanı 467 min dollar və 87 min avro aşkarlanıb.
“Report” xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru İrina Venediktova “feysbuk səhifəsində bildirib.
Qeyd edək ki, V.Medvedçuk aprelin 12-də dövlətə xəyanət şübhəsilə həbs edilib, barəsində Ukraynanın konstitusuya quruluşunun zorakı dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin qəsb edilməsi, ərazi hüdudlarının və ya dövlət sərhədlərinin dəyişdirilməsi yönündə hərəkətlərə maliyyə yardımı maddəsilə cinayət işi açılıb.