Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın hərbi əməliyyatlara başlamasından Ukraynada 139 mədəniyyət obyektinə ziyan dəydiyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilat öz saytında məlumat yayıb.
“Mayın 30-na olan məlumata görə, fevralın 24-dən indiyədək 139 obyektə - 62 dini bina, 12 muzey, 26 tarixi bina, 17 mədəni fəaliyyətə həsr olunmuş tikili, 15 abidə və 7 kitabxanaya ziyan dəydiyini təsdiqləyirik”, - məlumatda deyilir.
Eyni zamanda, qurum UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş heç bir obyektə ziyan dəymədiyini vurğulayıb.