Pandemiya səbəbindən məktəblərin bağlanması Gürcüstanda 50 mindən çox uşağın məktəbdən yayınmasına səbəb olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondundan (UNİCEF) bildirilib.
Təşkilat Gürcüstan hökumətinin ölkədəki məktəblərin mərhələli şəkildə açılması ilə bağlı planını alqışlayıb. Qeyd olunub ki, məhdudiyyətlərin aradan qaldırılması zamanı məktəblər və məktəbəqədər təhsil müəssisələrinin işinin bərpası prioritet olmalıdır.
UNICEF Gürcüstanda tibbi heyət və yüksək risk qrupuna daxil olan şəxslərin COVID-19- əleyhinə peyvəndlənməsindən sonra müəllimlərin də vaksin olunmasının önəmini vurğulayıb.
Qeyd edək ki, bu gündən qonşu ölkənin Batumi, Zuqdidi, Qori, Telavi və Poti şəhərlərində məktəblər və uşaq bağçaları fəaliyyətlərini bərpa edib.