ÜST rəhbəri Türkiyədə zəlzələ zonasına baş çəkib

ÜST rəhbəri Türkiyədə zəlzələ zonasına baş çəkib Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin cənub və cənub-şərqindəki dağıdıcı zəlzələlər nəticəsində xəsarət alanlara mümkün köməkliyi təmin etməyə hazırdır.
Region
28 Fevral , 2023 20:34
ÜST rəhbəri Türkiyədə zəlzələ zonasına baş çəkib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyənin cənub və cənub-şərqindəki dağıdıcı zəlzələlər nəticəsində xəsarət alanlara mümkün köməkliyi təmin etməyə hazırdır.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hatay əyalətinə səfəri zamanı ÜST baş direktoru Tedros Adanom Qebreyesus bildirib. Onu Türkiyənin səhiyyə naziri Fahrettin Koca müşayiət edib.

Baş direktor türk xalqı ilə həmrəy olduqlarını vurğulayıb, çoxlu sayda insan tələfatına görə başsağlığı verib.

O, dağıntıların miqyasını “inanılmaz” kimi xarakterizə edib: “Bu, ən yeni tarixdə ən qorxulu fəlakətlərdən biridir. 44 mindən çox insanın ölümü, 108 mindən çox insanın xəsarət alması çox şeydən xəbər verir”.

Qebreyesus Türkiyə səhiyyə naziri ilə fövqəladə vəziyyət zonasında çadır şəhərciklərində müvəqqəti yaşayan vətəndaşların problem və ehtiyaclarını da müzakirə edib.

Son xəbərlər

Orphus sistemi