Uzra Zeya: Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqazın inkişafı üçün vacibdir

Uzra Zeya: Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqazın inkişafı üçün vacibdir Cənubi Qafqazın sosial və iqtisadi potensialının açılması, eləcə də regional əlaqələrin gücləndirilməsi üçün Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi çox vacibdir.
Region
18 İyul , 2024 12:21
Uzra Zeya: Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqazın inkişafı üçün vacibdir

Cənubi Qafqazın sosial və iqtisadi potensialının açılması, eləcə də regional əlaqələrin gücləndirilməsi üçün Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi çox vacibdir.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanın “Hetq” nəşrinə müsahibəsində bildirib.

U.Zeya, bu yaxınlarda Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçirilən üçtərəfli görüşün əhəmiyyətini qeyd edib:

“Hesab edirəm ki, dövlət katibi Antoni Blinkenin ötən həftə Vaşinqtonda ev sahibliyi etdiyi görüş Ermənistan və Azərbaycan arasında layiqli və davamlı sülhün əldə olunmasına ABŞ-nin güclü dəstəyini əks etdirir. Hər iki ölkə münasibətlərin normallaşması prosesində mühüm addımlar atıb və bundan sonra da onları dəstəkləmək niyyətindəyik. Təkcə hər iki ölkə üçün deyil, bütün region üçün imkanlar aça biləcək davamlı sülh sazişinin təsirini vurğulamaq vacibdir. ABŞ bu səyləri qətiyyətlə dəstəkləyir”.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan yekun razılığa gəlməyə yaxındır: “Bakı və İrəvanı bu məqsədə nail olmaq üçün hər vasitə ilə dəstəkləməyə davam edəcəyik”.

Son xəbərlər

Orphus sistemi