Vladimir Putin: Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb

Vladimir Putin: Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb.
Region
14 İyun , 2024 13:55
Vladimir Putin: Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb

Dünya geri dönüşü olmayan vəziyyətə yaxınlaşıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışlarından danışarkən deyib.

O vurğulayıb ki, Rusiya daima xarici tərəfdaşlara təhlükəsizliklə bağlı konstruktiv həllər təklif edir, lakin bu cəhdlər cavabsız qalıb: “Qərb Soyuq müharibədə qalib gəlib dünya nizamını müəyyən edə biləcəklərinə qərar verib və Moskvanın suallarını bəhanələrlə cavablandırıb”.

Onun sözlərinə görə, dünya sürətlə dəyişir, nə qlobal siyasətdə, nə də iqtisadiyyatda əvvəlki kimi olmayacaq.

V.Putin qeyd edib ki, yeni reallıq əsasında çoxqütblü dünya düzəninin əsasları formalaşır: “Beynəlxalq məsələlərdə çoxqütblülük prinsiplərinin müəyyən edilməsi bizə ən mürəkkəb problemləri birlikdə həll etməyə imkan verir”.

Son xəbərlər

Orphus sistemi