Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan edib

Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan edib Vladimir Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan edib
Region
19 Oktyabr , 2022 16:35
Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan edib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət rejimi elan edilməsi haqqında sərəncam imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısı Təhlükəsizlik Şurasının video-konfrans formatındada keçirilən iclasında açıqlayıb.

V.Putinin sədrliyi ilə keçirilən toplantıda miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması, ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitlik maraqları naminə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərə baxılır.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin iclasda məruzəsi dinləniləcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevral ayının 24-də başlayıb.

Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi