Volodimir Kudritskiy: Hava hücumundan müdafiə Ukraynanın enerji sistemi üçün əsas amilə çevrilib

Volodimir Kudritskiy: Hava hücumundan müdafiə Ukraynanın enerji sistemi üçün əsas amilə çevrilib “Ukraynanın enerji infrastrukturlarının hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Qərb tərəfdaşlarımızdan çox şey asılıdır. Hava hücumundan müdafiə vasitələrinin olması əsasdır. Şübhəsiz ki, hava hücumundan müdafiə sistemlərinin olması Ukrayna enerji
Region
20 İyun , 2024 16:19
Volodimir Kudritskiy: Hava hücumundan müdafiə Ukraynanın enerji sistemi üçün əsas amilə çevrilib

“Ukraynanın enerji infrastrukturlarının hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Şübhəsiz ki, hava hücumundan müdafiə sistemlərinin olması Ukraynanın enerji sənayesinin yaşaması üçün əsas amildir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın "Ukrenergo" Milli Energetika Şirkətinin rəhbəri Volodimir Kudritskiy bildirib.

Onun sözlərinə görə, Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) gəlincə, o, hazırda işğal altındadır: "Biz AES-ə elektrik enerjisinin verilməsi ilə stansiyanın təhlükəsizliyini təmin edirik, çünki stansiya indi elektrik enerjisi istehsal edən stansiya deyil, onu istehlak edən obyektdir. Stansiya saxlanılan nüvə yanacağını soyutmaq üçün elektrik enerjisindən istifadə edir. Nüvə yanacağı daim istilik yayır, ona görə də nüvə təhlükəsizliyi ilə bağlı hər hansı insidentin qarşısını almaq məqsədilə onun daimi soyudulması lazımdır".

"Stansiyanın elektrik enerjisi şəbəkəsindən kəsilməsi nəticəsində qəza ehtiyat dizel generatorları işə salınıb. Əslində bu, Fukusimada baş vermiş qəzadan əvvəlki vəziyyət idi. Bu, Rusiya təcavüzünün başlanğıcında dəfələrlə müşahidə olunan çox təhlükəli vəziyyətdir. Onu deyim ki, stansiya Rusiya işğalçı qüvvələri tərəfindən ələ keçirilərkən hətta tanklarla güc bloklarına hücumlar da olub. Onlar Çernobıl faciəsindən sonra ağlasığmaz görünən işləri görürlər".

Son xəbərlər

Orphus sistemi