Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu dövlət başçısı bildirib.
O, belə bir niyyətinin olduğunu söyləyib.
Qeyd edək ki, sammit iyulun 11-12-də keçiriləcək. Toplantıda ABŞ Prezidenti Cozef Bayden də daxil olmaqla, NATO-nun əksər liderləri iştirak edəcək.