Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti oktyabrın 1-dən Kutaisi şəhərindən Riqaya uçuşlar həyata keçirəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, reyslər hələlik həftədə bir dəfə yerinə yetiriləcək.
Hökumət başçısı deyib ki, Gürcüstan hava məkanını epidemioloji vəziyyət nəzərə alınmaqla mərhələli şəkildə açmağa davam edəcək.