Ukrayna hərbçiləri İzyum yaxınlığında Rusiyanın iki təyyarəsini vurub.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Xarkovun müdafiəsində dayanan zenit-raket bölmələri də raket vurub.
“Son sutka ərzində Rusiya qoşunları 55 zərbə endirib. “Qrad” və “Uraqan”ın aktivliyinin artmasını qeydə almışıq - təxminən 240 dəfə. Axşam saatlarında düşmən Xarkov aeroportunun terminalına reaktiv yaylım atəşi sistemlərindən (RYAS) iki dəfə atəş açıb. Derqaçi şəhərində mülki infrastruktura, rabitə xətlərinə, xəstəxanaya ziyan dəyib”, - Sinequbov yazıb.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində fəaliyyət göstərən və Qərb Hərbi Dairəsinin 59-cu tank alayının tərkibində olan Rusiya dəstəsini məhv edib.