Xarkovda hərbi əməliyyatlar dövründə 500-dən çox dinc sakin ölüb

Xarkovda hərbi əməliyyatlar dövründə 500-dən çox dinc sakin ölüb Hərbi əməliyyatlar başladığı vaxtdan indiyədək Xarkovda 500-dən çox dinc sakin ölüb.
Region
16 Mart , 2022 14:29
Xarkovda hərbi əməliyyatlar dövründə 500-dən çox dinc sakin ölüb

Hərbi əməliyyatlar başladığı vaxtdan indiyədək Xarkovda 500-dən çox dinc sakin ölüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Ümumilikdə, Xarkovda 500-dən çox dinc sakin ölüb, onlardan 88-nin meyiti dağıntılar altından çıxarılıb. Axtarış işləri davam etdirilir. Xilasedicilər sayəsində binaların dağıntıları altından qalmış 189 nəfər xilas edilib”, - məlumatda deyilir.

Bundan başqa, Xarkovda 600-dək binanın dağıdıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi