İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB

İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB İran xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Raisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.
Region
20 May , 2024 06:20
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB

İranın xilasedici dəstələri Türkiyənin pilotsuz təyyarəsinin aşkar etdiyi istilik mənbəyinə çatıblar, lakin sərt eniş edən, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin izlərini tapmayıblar.

“Report” xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib.

Bundan əvvəl Türkiyə PUA-sının ərazidə Rəisinin helikopterinin qalıqlarının ola biləcəyi istilik mənbəyini tapdığı bildirilib.

5:13

İranın xilasetmə briqadaları göyərtəsində Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yerə doğru irəliləyiblər.

“Report” xəbər verir ki, bu barədə İranın “Press TV” agentliyi məlumat yayıb.

"Xilasetmə qrupları göyərtəsində İran Prezidenti Rəisinin olduğu helikopterin qəzaya uğradığı əraziyə doğru hərəkət edir", - xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, Türkiyənin “Bayraktar Akinci” PUA-sı İbrahim Rəisini daşıyan helikopterin dağıntıları ola biləcəyi ehtimal edilən "istilik mənbəyi" tapıb.

“Anadolu” agentliyi bildirib ki, Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.

“Press TV”nin məlumatına görə, dağıntıların mümkün aşkarlanması barədə məlumatı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi