“Türk Dövlətləri Təşkilatının (TDT) formalaşması üçün Prezident Rəcəb Tayyib Ərdoğan çox işlər görüb”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, TDT 1990-cı illərdə də qurula bilərdi:
“O zaman bunun olmamasının əsas səbəbi Türkiyənin indiki gücə sahib olmaması idi. Amma Türkiyə bu gün qlobal siyasi aktordur”.