XİN başçısı: "Gürcüstan bölgədə vasitəçilik funksiyasını inkişaf etdirəcək"

XİN başçısı: "Gürcüstan bölgədə vasitəçilik funksiyasını inkişaf etdirəcək" "Gürcüstan bundan sonra da bölgədə vasitəçilik prosesində iştirak etməyə hazırdır".
Region
28 İyun , 2021 19:02
XİN başçısı: Gürcüstan bölgədə vasitəçilik funksiyasını inkişaf etdirəcək
David Zalkaliani

"Gürcüstan bundan sonra da bölgədə vasitəçilik prosesində iştirak etməyə hazırdır".

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Romada İŞİD-ə qarşı Qlobal Koalisiyanın konfransında iştirak edən nazirin sözlərinə görə, tədbir çərçivəsində ikitərəfli görüşlərdə regiondakı vəziyyət müzakirə olunub:

"Bütün görüşlərdə Gürcüstanın baş nazirinin bölgədə dayanıqlı sülhün təşviqindəki rolu yüksək qiymətləndirilib. Bu, ilk mühüm və konkret addım oldu".

D.Zalkaliani vurğulayıb ki, Gürcüstan vasitəçilik funksiyasını gələcəkdə mütləq inkişaf etdirəcək.

Son xəbərlər

Orphus sistemi