“Bizim NATO sammitindən çoxlu müsbət gözləntilərimiz var”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.
Onun sözlərinə görə, aktiv diplomatik fəaliyyət nəticəsində Gürcüstanın məsələsi sammitin gündəliyinə artıq daxil edilib: “Bu, o deməkdir ki, Gürcüstan NATO üzrə tərəfdaşlarımızın bölüşdüyü dəyərlərə uyğun olaraq nəzərdən keçirilir. Əminəm ki, Gürcüstanın NATO-ya inteqrasiyası yolunda əldə etdiyi nailiyyətlərlə yanaşı, cari məsələlərin qiymətləndirilməsi və bölgədəki işğal sammitin müvafiq qərar və qətnamələrində əks olunacaq”.
Qeyd edək ki, Şimali Atlantika Alyansına üzv ölkələrin sammiti Belçikanın paytaxtı Brüsseldə iyunun 14-də keçiriləcək.