İran İbrahim Rəisinin prezident seçilməsi fonunda hökumət dəyişikliyi səbəbindən Vyanada keçirilən nüvə danışıqlarını tərk etməyəcək.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.
“Biz heç bir zaman Vyana danışıqlarını tərk etməyəcəyik. İranda hökumət dəyişikliyi demokratik yolla baş verir və bu dəyişiklik icra hakimiyyətinin tərkibində öz əksini tapır”, - o deyib.