“NATO-nun Madrid sammitində Gürcüstana dəstəyin artırılması ilə bağlı qərar qəbul olunacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Onun sözlərinə görə, Alyans Gürcüstanı tərəfdaş kimi yüksək qiymətləndirir:
“NATO və Gürcüstan arasında əla praktiki əməkdaşlıq var. Alyans Gürcüstanı yüksək etimad səviyyəsinə görə layiq olduğu xüsusi alətlərlə təmin edəcək”.
X.Kolomina qeyd edib ki, Madrid sammitinin bu ilin iyunun sonuna qədər keçirilməsi gözlənilir.