Yamalda baş verən partlayışda 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Yamalda baş verən partlayışda 1 nəfər ölüb, 8 nəfər yaralanıb Yamalo-Nenets Muxtar Dairəsində qaz istehsalı müəssisəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb.
Region
26 İyul , 2024 11:22
Yamalda baş verən partlayışda 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində qaz istehsalı müəssisəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Rospan International” ASC-nin mətbuat xidməti məlumat yayıb.

“Xəsarət almış 9 nəfərdən biri daha sonra ölüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər”, - məlumatda bildirilib.

Qeyd edək ki, baş vermiş insidentdən sonra sənaye təhlükəsizliyi tələblərinin pozulması faktı üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi