Yaponiya Xoya yardım göndərib

Yaponiya Xoya yardım göndərib Yaponiya İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərərçəkmişlər üçün yardım göndərib.
Region
19 Fevral , 2023 10:52
Yaponiya Xoya yardım göndərib

Yaponiya İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərərçəkmişlər üçün yardım göndərib.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın İrandakı səfirliyi məlumat yayıb.

“Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün İmam Xomeyni adına hava limanına Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qəza-xilasetmə avadanlığı (5500 nəfəri soyuqdan qorumaq üçün) gətirilib.

Biz ürəkdən ümid edirik ki, Yaponiya xilasetmə texnikası bu fəlakətdən zərər çəkmiş insanlara kömək edəcək”, - səfirlik bildirib.

Son xəbərlər

Orphus sistemi