Yens Stoltenberq: Ukrayna NATO-ya üzv olmaq yolundadır

Yens Stoltenberq: Ukrayna NATO-ya üzv olmaq yolundadır Ukrayna NATO-ya daxil olmaq yolundadır.
Region
29 Aprel , 2024 17:51
Yens Stoltenberq: Ukrayna NATO-ya üzv olmaq yolundadır

Ukrayna NATO-ya daxil olmaq yolundadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə mətbuat konfransında deyib.

O qeyd edib ki, amma iyulun 9-11-də keçiriləcək sammitə qədər alyans ölkələri Ukraynanı NATO-ya dəvət etmək barədə razılığa gələ bilməyəcək:

“Bizə konsensus lazımdır, NATO-nun 32 üzvünün razılığa gəlməsi lazımdır. İyulda keçiriləcək sammitə qədər bu razılaşmanın olacağını düşünmürəm, amma biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”.

Baş katib vurğulayıb ki, Ukrayna NATO-ya üzv olacaq və bu, yalnız zaman məsələsidir:

“Biz bunun üzərində çox çalışırıq. Ukraynanın yeri NATO-dadır”.

Son xəbərlər

Orphus sistemi