Ermənistan paytaxtı Yerevanın meri Ayk Marutyan səhhətində yaranan problemlərə görə işə çıxmır.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu sentyabrın 8-də merin birinci müavini Qraç Sarkisyan Yerevan Ağsaqqallar Şurasının iclasında bildirib.
Bu səbəbdən şuranın iclasına Q.Sarkisyan sədrlik edib.
Meriya A.Marutyanın hansı xəstəliyə tutulması ilə bağlı rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, Yerevan meri avqustun 11-dən 25-dək məzuniyyətdə olub. Bu tarixədək koronavirusa yoluxduğu üçün iki həftə özünütəcriddə olub.