Ermənistanın paytaxtı Yerevanın Azadlıq meydanında müxalifətin əvvəlcədən planlaşdırılan mitinqi başlayıb.
“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, polis bir neçə aksiya iştirakçısını saxlayıb.
Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.
Xatırladaq ki, Ermənistan müxalifəti bu gün 2020-ci il noyabrın 10-da Qarabağ üzrə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli razılaşmaya etiraz aksiyası keçirir.