Ermənistan Polisinin Yerevan Şəhər Daxili İşlər İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və paytaxtın Nor Nork Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməkdaşları kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçiriblər.
Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.
Məlumata görə, əməliyyat zamanı 50-dən çox kriminal avtoritet saxlanılıb. Onlar paytaxtın müxtəlif inzibati ərazilərindən Yerevan Şəhər Daxili İşlər İdarəsinə çatdırılıblar.
Saxlanılanlar arasında müxtəlif ləqəbli təhlükəli cinayətkarlar var.