Yerevanda “Nubaraşen” qəbiristanlığındakı qəbirləri qarət etməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən tutulub.
“Report” “Samshyan”a istinadən xəbər verir ki, şübhəlilər - 51 yaşlı Pvsep Ovanisyan və 63 yaşlı Sarqis Xaçatryan polis şöbəsinə aparılıb.
Bildirilib ki, onlar 30-dan çox ailə türbəsini təhqir etməkdə şübhəli bilinirlər. Qəbiristanlıqdan düralüminium və başqa qəbirüstü bəzək əşyaları qarət olunub.
Faktla bağlı araşdırmalar aparılır.