Yerevanın “Surmalu” (“Sürməli”) Ticarət Mərkəzində yanğın olub.
“Report” xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.
Hadisə nəticəsində təsərrüfat malları və uşaq oyuncaqları satılan pavilyon tamamilə sıradan çıxıb. 2 min kv. metrlik sahəni əhatə edən yanğının söndürülməsinə 14 yanğınsöndürən maşın cəlb edilib.
Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan və xilasetmə xidmətinin direktoru Armen Qasparyan hadisə yerinə gedərək yanğının söndürülməsini izləyiblər. Əməliyyat nəticəsində bir neçə yanğınsöndürən xəsarət alıb.
Yanğının səbəbi araşdırılır.
Qeyd edək ki, “Surmalu” Yerevanın ən böyük ticarət mərkəzi sayılır.