Yerevanda bir uşağı girov götürən şəxs saxlanılıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidmətindən bildiriblər.
Belə ki, Ermənistan Polisinin rəhbəri Vahe Qazaryan və birinci müavini Aram Hovanisyan həmin şəxslə 5 saatadək aparılan danışıqlardan sonra onu təslim olması üçün yola gətirə biliblər.