Yunanıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın zirehli texnikasını yerləşdirməsi olub. Səfirdən Yunanıstanın bu hərəkətlərinə son verməsi tələb olunub.