“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyəm”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis yerli telekanallardan birinə müsahibəsində deyib.
O, Türkiyə-Yunanıstan əlaqələrini də dəyərləndirib: “Ərdoğanla görüşəcəyəm. Bunun vaxtını söyləyəcək vəziyyətdə deyiləm. Ancaq görüşümüz olacaq. Çünki danışmağımız lazımdır. Görüşümüzün gecikməyəcəyinə inanıram. Türkiyə-Yunanıstan əlaqələri artıq Türkiyə - Avropa İttifaqı əlaqələrinə dönüb”.