Cənubi Qafqaz regionunda sülhü nəyin bahasına olursa-olsun qorumaq lazımdır.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Rusiya tərəfinin regionda sülhün qurulmasına kömək etməyə hazır olanları alqışladığını bildirib və Moskvanın Qərbin dağıdıcı təsirinə dözməyəcəyi barədə xəbərdarlıq edib.
“Bu başıbəlalı region bir çox münaqişələrdən keçib, buna görə də Rusiya tərəfi bura sülhlə gələrək kömək etmək və töhfə vermək istəyənlərə şad olacaq. Biz bölgədə sülhü qorumaq üçün birlikdə bu qədər güc sərf etmişik. Biz Qərbin özünün idarə olunan xaos siyasətindən istifadə etməsinə imkan verməmək üçün əlimizdən gələni etməliyik", – M.Zaxarova qeyd edib.