“Rusiya İndoneziyada keçiriləcək G20 sammitində Türkiyə ilə təbii qaz əməkdaşlığı, taxıl və gübrə tədarükünün təşkili ilə bağlı bir sıra təşəbbüsləri açıqlayacaq”.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya kommersiya və humanitar əsasda xarici bazarlara ərzaq məhsulları və enerji resurslarının etibarlı tədarükçüsü olaraq qalmağa hazır olduğunu təsdiq edəcək. Lakin qiymətlə və digər məsələlərlə bağlı xarici təzyiqləri qəbul etməyəcək”, - o bildirib.
Xatırladaq ki, noyabrın 15-16-da Bali adasında keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.