Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib.
O bildirib ki, görüşün əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.
H.Matsuno G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib, lakin qarşıdan gələn onlayn görüşün gündəliyinin təfərrüatını açıqlamayıb.