“Biz daha sürətli nəticələr istəyirdik, təəssüf ki, istədiyimiz nəticələrə nail ola bilmədik”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Associated Press” agentliyinə müsahibəsində etiraf edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yaydakı əks-hücumda Kiyevin gözlədiyi nəticələr əldə edə bilməməsi faktdır.
Volodimir Zelenski Kiyevin mövqeyini bir daha təkrarlayaraq əks-hücumun səmərəsizliyi Ukraynanın Qərbdən istədiyi silahları almaması ilə bağlı olduğunu vurğulayıb.