“İtaliya rusiyalı cinayətkarlar üçün kurort zona olmamalıdır”.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya parlamentindəki çıxışı zamanı deyib.
“Sülhü təmin etmək üçün mümkün olan hər şeyi etmək vaxtıdır. Bu, Rusiyanın çoxdan hazırladığı müharibədir. Bu savaş Kremlə Avropanın siyasətinə, avropalıların həyatına təsir etmək üçündür. Hücum əməliyyatlarının 27 gündür, demək olar, 1 aydır dayanmır. Ona görə də daha çox sanksiyalara ehtiyac var. Moskvaya daha çox təzyiq göstərilməlidir ki, o, Liviyada və ya Suriyada muzdlu döyüşçü axtarmasın”, - o bildirib.
V.Zelenski, həmçinin əlavə edib ki, Kremlə qarşı sanksiyalarda hansısa istisna olmamalıdır.