Zelenski Krımdakı əməliyyat barədə: "Yarımadanın azad olunması barədə danışmaq hələ tezdir"

Zelenski Krımdakı əməliyyat barədə: "Yarımadanın azad olunması barədə danışmaq hələ tezdir" “Krımın azad olunması barədə danışmaq hələ tezdir”.
Region
24 Avqust , 2023 16:36
Zelenski Krımdakı əməliyyat barədə: Yarımadanın azad olunması barədə danışmaq hələ tezdir

“Krımın azad olunması barədə danışmaq hələ tezdir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yarımadada keçirdiyi əməliyyatdan xəbəri var: “Biz tərəfdən hansısa itki yoxdur. Mən kəşfiyyat idarəsinin rəisi Kirilo Budanovla telefon vasitəsilə durumu müzakirə edə bildim. İndi isə ətraflı hesabat gözləyirəm”.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb. Krımda Ukrayna bayrağı asılıb.

Son xəbərlər

Orphus sistemi