Zelenski: "Rusiya işğalı nəticəsində 2 milyondan çox insan evlərindən deportasiya edilib"

Zelenski: "Rusiya işğalı nəticəsində 2 milyondan çox insan evlərindən deportasiya edilib" “Müharibə nəticəsində 2 milyondan çox insan ölkədən deportasiya edilib”.
Region
9 Dekabr , 2022 15:59
Zelenski: Rusiya işğalı nəticəsində 2 milyondan çox insan evlərindən deportasiya edilib
Volodimir Zelenski

“Rusiyanın işğalı altında olan Ukrayna ərazilərindən 2 milyondan çox insan deportasiya edilib”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Qaranlıq zamanda insan hüquqları” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O deyib ki, Ukraynadan oğurlanmış uşaqlar rus ailələrində övladlığa götürülürlər.

Dövlət başçısının sözlərinə görə, Rusiya ordusunun müharibəyə başladığı, yəni fevralın 24-dən Ukraynaya atdığı raketlərin ümumi sayının 62 %-nin hədəfi mülki obyektlər olub: “Rusiya dövlətinin ukraynalılara qarşı cinayətləri İkinci Dünya Müharibəsindən bəri görünməmiş cinayətdir. Rus artilleriyası onlarca şəhər və kəndləri dağıdıb”.

Son xəbərlər

Orphus sistemi