Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyədə Rusiya Prezidenti Vladimir Putinlə nəzəri görüşdə iştirak etmək niyyəti yoxdur.
“Report” xəbər verir ki, bu barədə ölkə başçısı Rusiyanın Ukraynaya hərbi təcavüzünün birinci ildönümünə həsr olunmuş “
“Biz bu haqda (danışıqlar - red.) hələ müharibədən əvvəl danışmışdıq, mən ona (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana - red.) demişdim ki, Putini danışıqlar masası arxasına qoyun, genişmiqyaslı müharibə riskinə yol vermək olmaz. O zaman o bunu edə bilmədi. Və təkcə o yox... İndi o, bacaracağını düşünür. İndi isə biz bacarmırıq... Bu (Rusiya Prezidenti Vladimir Putin - red.) artıq həmin adam deyil, danışmağa adam yoxdur”.
Ukrayna lideri əlavə edib ki, o, xüsusilə də taxıl təşəbbüslərinə və “Azovstal” müdafiəçilərinə dəstək verdiyinə görə Türkiyə Prezidentinə minnətdardır. O, danışıqlarla bağlı mövqeyinin Ərdoğana çatdırıldığını da vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərindən Türkiyə savaşa son qoymaq üçün özünü vasitəçi kimi təklif edib.
Ukrayna və Rusiya Türkiyənin İstanbul şəhərində Ukrayna limanlarından Qara dəniz üzərindən Türkiyəyə və oradan da təyinat limanlarına dəhliz yaradılması haqqında saziş imzalayıblar.
Bundan əlavə, Ərdoğan Viktor Medvedçukun “Azovstal” komandirlərinin də olduğu ukraynalı əsirlərlə dəyişdirilməsində vasitəçi kimi çıxış edib. Qeyd edək ki, Vladimir Putin Medvedçukun qızı Daryanın xaç atasıdır.