Rumıniya Prezidenti Klaus Yohannis və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti tviter səhifəsində yazıb.
“Prezident Zelenski ilə Ukraynadakı gərgin vəziyyəti müzakirə etdik. Biz Rumıniyaya gələn hər bir Ukrayna vətəndaşının qayğısına qalmaqda davam edirik”, - o yazıb.
Yohannis əlavə edib ki, Rumıniya və Aİ ölkələrindən göndərilən yardımla dolu 125 yük maşını, həmçinin təcili yardım və yanğınsöndürmə maşınları Rumıniya ərazisindən keçməklə Ukraynaya yola salınıb.