Zelenski və Conson arasında telefon danışığı olub

Zelenski və Conson arasında telefon danışığı olub Ukraynanın Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı olub
Region
2 Mart , 2022 15:00
Zelenski və Conson arasında telefon danışığı olub

Ukraynanın Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə bildirib.

"Böyük Britaniyanın Baş naziri Boris Consonla fəaliyyətimizi koordinasiya edirik. Ukrayna müdafiəsinin kursu və Rusiyanın mülki əhaliyə qarşı son cinayətləri barədə məlumat verdim. Biz Böyük Britaniyanın təcavüzlə mübarizədə davamlı əhəmiyyətli köməyinə görə minnətdarıq. Tərəfdaşlarla birlikdə müdafiədəyik!”, - Ukrayna lideri bildirib.

Daha sonra V.Zelesnki Niderlandın Prezidenti Mark Rutter ilə danışıb:

“Niderlandın Baş naziri Mark Rutte ilə dialoqu davam etdirdim. Ona Ukraynanın təcavüzkara verdiyi cavab barədə məlumat verdim. Rusiyanın mülki əhaliyə qarşı sistematik cinayət əməlləri ilə bağlı faktları onun diqqətinə çatdırdım. Ona önəmli hərbi yardıma görə minnətdarlığımı bildirdim. Biz birlikdə təcavüzə qarşı mübarizə aparırıq!"

Son xəbərlər

Orphus sistemi