Zelenski: “YDM-lərdə növbələrin aradan qaldırılması zəruridir”

Zelenski: “YDM-lərdə növbələrin aradan qaldırılması zəruridir” Ukrayna Prezidenti Volodimir Zelenski icra hakimiyyətinin fəaliyyəti ilə bağlı müşavirə keçirib və yanacaqla təminat məsələsi müzakirə edilib.
Region
7 May , 2022 16:57
Zelenski: “YDM-lərdə növbələrin aradan qaldırılması zəruridir”
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski icra hakimiyyətinin fəaliyyəti ilə bağlı müşavirə keçirib və yanacaqla təminat məsələsi müzakirə edilib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, iclasda Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun müavinləri, Baş nazir Denis Şmıqal və hökumət üzvləri iştirak ediblər.

Prezident yanacaqdoldurma məntəqələrində (YDM) növbələrin aradan qaldırılmasının zəruriliyini qeyd edib.

Həmçinin uzunmüddətli müqavilələrin bağlanması və dövlət yanacaq ehtiyatının yığılmasının zəruriliyi vurğulanıb.

Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukraynaya yanacaq tədarükünü təmin etmək məqsədilə Şərqi Avropa limanlarında Ukraynaya yaşıl dəhlizin yaradılması istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, Ukraynanın müharibədən sonra bərpası və inkişafı Planının hazırlanması, eləcə də ölkəyə Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynanın Maliyyə naziri Sergey Marçenko hərbi vəziyyət şəraitində dövlət büdcəsinin icrası barədə məlumat verib. Onun sözlərinə görə, aylıq büdcə kəsirinin beynəlxalq qrantlar və kreditlər hesabına aradan qaldırılması planlaşdırılır. Nazir bildirib ki, 11 milyard ABŞ dolları məbləğində beynəlxalq qrantların ayrılması ilə bağlı danışıqlar aparılır və bunun 5 milyard dollarlıq hissəsi artıq alınıb.

“Görüş zamanı həmçinin Rusiyanın təcavüzündən zərər çəkmiş vətəndaşların tibbi, psixoloji və sosial reabilitasiya xidmətləri ilə təmin edilməsi üçün dövlət orqanları və təşkilatlarının qarşılıqlı əlaqəsi məsələsinə də diqqət yetirilib”, - Ukrayna Prezidentinin rəsmi saytındakı məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi