Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Qaziantep şəhərində yerləşən 6 min illik tarixi qala dağılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.