"Hər il Xocalı faciəsini yad edəndə və soyqırımı qubanlarının xatirəsini ananda biz ədalət və günahkarların cəzalandırılmasını tələb edirdik".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə Xocalı faciəsinə həsr olunan anım mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qətliamı törədənlər hələ də cəzasız qalıblar: "İnanırıq ki, Xocalı qurbanları üçün də ədalət tezliklə zəfər çalacaq".
F.C.Yazqan bildirib ki, qardaş Azərbaycanın Qələbəsi ilə xocalıların ağrı-acısı bir az azalıb, lakin ədalət soyqırımı tanımaq və cinayətdə birbaşa əli olanların cəzalandırılmasından keçir.