Bu həftə Azərbaycanda müşahidə ediləcək anomal istilər vətəndaşları hansı təhlükələrlə üz-üzə qoya bilər? İsti havada özümüzü və ətraf aləmi necə qoruyaq?
Bu suallara “Report”un canlı efirində “Müzakirə vaxtı” verilişinin qonağı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov aydınlıq gətirib.
Nazirlik rəsmisi taxıl biçilən sahələrə od vuran sahibkarlara, təbiət qoynunda istirahət edən vətəndaşlara da çağırış edib.
O, eyni zamanda risk qrupuna daxil olan ərazilər və meşələrin bərpası istiqamətində görülən işlərdən də danışıb.
M.Səfərov onu da bildirib ki, işğaldan azad olunan ərazilərdə - Zəngilan, Ağdam, Qubadlı və digər ərazilərdə meşələrin yenidən salınması prosesi həyata keçirilir.